Avtomobil icarəsi və sonradan alış
Bu model şəxsi istifadə üçün seçdiyiniz avtomobili əvvəlcə icarəyə götürməyə, müqavilə üzrə ödənişləri tamamladıqdan sonra isə ayrıca alqı-satqı yolu ilə əldə etməyə imkan verir.
Xidmət necə işləyir?
- Almaq istədiyiniz avtomobili seçirsiniz.
- Avtomobilin dəyəri, ilkin ödəniş və uyğun müddət əsasında ilkin hesablanma hazırlanır.
- Razılıqdan sonra “Stellmar” MMC avtomobili satıcıdan əldə edir və öz adına rəsmiləşdirir.
- İcarə və sonradan alış şərtləri, ödəniş qrafiki və əlavə xərclər müqavilədə göstərilir.
- Bütün ödənişlər başa çatdıqdan sonra ayrıca alqı-satqı və dövlət qeydiyyatı rəsmiləşdirilir.
Əsas şərtlər
- İlkin ödəniş adətən avtomobilin dəyərinin 30%-dən başlayır.
- Müqavilə müddəti 60 ayadək seçilə bilər.
- İllik hesablanma dərəcəsi 21%-dən başlayır.
- Sığorta, qeydiyyat və digər rəsmiləşdirmə xərcləri ayrıca hesablanır.
Vacib: Bu xidmət bank krediti və ya maliyyə lizinqi təklifi deyil. Avtomobil müqavilə müddətində “Stellmar” MMC-nin mülkiyyətində qalır. Yekun şərtlər yalnız fərdi müqavilə və ödəniş qrafiki ilə müəyyən edilir.
Kimlər üçün uyğundur?
Xidmət avtomobil seçimini özü etmək, ilkin ödənişlə başlamaq və qalan məbləği razılaşdırılmış qrafik üzrə ödəmək istəyən fiziki şəxslər üçün nəzərdə tutulub. Müraciət zamanı avtomobil, gəlir və ödəniş imkanları barədə məlumatlar fərdi qaydada qiymətləndirilir.
İlkin hesablamanı edin
Avtomobilin qiymətini, ilkin ödənişi və müddəti daxil edərək təxmini aylıq ödənişi görün.
Kalkulyatora keçin